Muxtar respublikada elektron kadastr xəritələrinin hazırlanması davam etdirilir

A- A A+

Bu barədə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, torpaqların elektron kadastr uçotunun aparılması üçün Şahbuz rayonunun bütün bələdiyyələri üzrə reyestr məlumatlarının yeni hazırlanmış xəritələrin üzərinə miqrasiyası başa çatdırılıb, rayonun elektron kadastr xəritəsi tərtib edilibdir. Naxçıvan şəhərinin, Kəngərli və Sədərək rayonlarının ərazisində eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlar naturada dəqiqləşdirilərək həmin ərazilərin xəritələri hazırlanıb.

Şərur rayonunda torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib və torpaqların qida maddələri ilə təmin olunmasına dair hazırlanmış yeni kartoqramlar Xanlıqlar, Ələkli, Dərvişlər, Çəmənli, Kosacan və Siyaqut bələdiyyələrinə təqdim edilibdir. 

Ötən ayda 712 daşınmaz əmlak obyekti qeydiyyata alınıb, 475 texniki sənəd hazırlanıb, 195 əmlakın bazar dəyəri məlumat bankına daxil edilib. Yeni yaranmış 33 daşınmaz əmlak obyektinə ünvan verilib, 83 ünvan arayışı hazırlanıbdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: