Muxtar respublikada dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqəyə 205 vakant vəzifə çıxarılıb.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 14 oktyabr - 14 noyabr 2020-ci il tarixlərdə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 9:00-dan 12:30-dək və  14:00-dan 17:30-dək həyata keçirilir. Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.

Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün esse imtahanı və müsahibə keçiriləcəkdir.

Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.

Maraqlananlar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Vakant vəzifələrin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.

https://www.dqmk.nmr.az/dq_vakant_14.10_14.11.2020.php

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: