Hərbi hissəyə isti qış geyimləri verilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, toxunan isti qış geyimləri sağlamlıq imkanları məhdud şəxslər tərəfindən hərbi hissəyə təhvil verilib.

Bu münasibətlə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, tapşırığa uyğun olaraq, məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 2000 cüt yun corab və 1700 ədəd yun boyunluq əsgərlərimizə hədiyyə edilib. Qeyd olunub ki, bu kimi tədbirlər sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunu təmin etməklə bərabər onların maddi təminatlarının yaxşılaşmasına da müsbət təsir göstərir.

Sonra Əlahiddə Ümumqoşun Ordunun zabiti Elxan Əlibəyov yüksək nizam-intizama və döyüş qabiliyyətinə malik hərbi qulluqçularımıza daim xalq tərəfindən dəstək göstərildiyini bildirib. Bu da onlarda vətənpərvərlik hisslərinin güclənməsinə və ruh yüksəkliyinin artmasına səbəb olub. Bu gün də əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi növbəti qayğının, xalq-ordu birliyinin təcəssümüdür.

Elxan Əlibəyov onu da qeyd edib ki, hazırda ordumuz tərəfindən uğurlu hərbi əməliyyatlar davam etdirilir. Əldə edilən uğurlar onu deməyə əsas verir ki, qələbə bizimlədir.

Tədbirdə hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda yun corab və boyunluqlar hərbi hissə və zastavalara təhvil verilib.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: