Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu qərar oktyabrın 15-i saat 00:00-dan qüvvəyə minir.