Ordubad rayonunda növbəti əmək yarmarkası keçirilib

A- A A+
NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunda növbəti əmək yarmarkası keçirilib

Bu münasibətlə təşkil olunan tədbiri Ordubad Rayon Məşğulluq Mərkəzinin direktoru Telman Həsənov açaraq bildirib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də muxtar respublikada müntəzəm olaraq keçirilən əmək yarmarkalarıdır. İndiyədək keçirilən əmək yarmarkalarında yüzlərlə rayon sakini işlə təmin olunub. Cari ildə də bu ənənə davam etdirilir. Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Reyhun Babayev çıxışında qeyd edib ki, rayonda aparılan tikinti-quruculuq tədbirləri mühüm infrastruktur obyektlərinin yaradılması ilə yanaşı, işaxtaran vətəndaşların da məşğulluq problemlərinin həllinə töhfə verir. Sonra yarmarkaya gələnlər onlara təqdim edilən vakant iş yerləri ilə tanış olublar. 16 təşkilatdan 187 boş iş yerinin çıxarıldığı yarmarkada 20 nəfərə işə göndəriş verilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: