Naxçıvanda məhkəmə simulyasiyası layihəsinə start verilib

A- A A+

Ədliyyə Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə tələbələrin hüquqi biliklərinin təkmilləşdirilməsinə həsr olunmuş “Məhkəmə simulyasiyası” layihəsi hazırlanıb.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, layihənin məqsədi Ədliyyə Nazirliyinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə tələbələrin məhkəmə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların bu sahədə nəzəri biliklərinin ortaya çıxarılması, potensiallı kadrlar yetişdirməkdir.

Bir neçə tələbə qrupları tərəfindən hazırlanan məhkəmə proseslərinin canlandırılması, tələbələrin müəyyən bir proses iştirakçısı qismində öz bilik və bacarıqlarının nümayiş etdirilməsindən ibarət olan layihədə tələbələr iddiaçı və cavabdeh (və yaxud ittiham tərəfi və müdafiəçi) kimi iştirak edib, hər hansı bir mülki və yaxud cinayət prosesində nəzərdə tutulan mövzular üzrə çəkişmə prosesi aparacaqlar.

Layihə üzrə təlimlər hüquqi biliklərin təkmilləşdirilməsi və simulyasiya mərhələsindən ibarət olacaq. Hüquqi bilikləri təlim mərhələsindən təkmilləşdirildikdən sonra gənc tələbələr seçilmiş mövzu ətrafında məhkəmə prosesini keçirə biləcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: