İstanbulda Azərbaycan dövlətinə növbəti dəstək mitinqi keçirilib

A- A A+

İstanbulun Bağçılar rayonundakı Dostluq Parkında ölkəmizə dəstək mitinqi keçirilib. Tədbir Türkiyədə fəaliyyət göstərən Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi) təşkilatçılığı ilə baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə Hazarfem dərnəyinin sədri Nuran Acar, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Hüseynova və başqaları çıxış ediblər.

Çıxışlarda Azərbaycan dövlətinin qətiyyətli, haqlı və ədalətli mövqeyi qarşısında işğalçı Ermənistanın ölkəmizin müharibə zonasından uzaqda yerləşən şəhər və rayonlarını, mülki yaşayış məntəqələrini və obyektlərini raket zərbələrinə məruz qoyması kəskin şəkildə pislənilib. Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi müharibə cinayətlərinə görə beynəlxalq məhkəmə qarşısında cavab verməsinin vacibliyi vurğulanıb.

Tədbir iştirakçıları müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad edəcəyinə əminliklərini bildirib, “Qarabağ Azərbaycandır!” və digər şüarları səsləndiriblər.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı, şəhidlərimizin şəkillərinin nümayiş olunduğu tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan hərbçilərimizin ruhuna dualar oxunub.

Mitinqə, həmçinin Bağçılar bələdiyyəsinin, müxtəlif təşkilatların rəhbərləri qatılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: