Bu barədə Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib.
Ötən ay Dövlət Miqrasiya Xidmətinə daxil olan 534 müraciətdən 170-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi və yenidən rəsmiləşdirilməsi, daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub.
Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan 3 əcnəbi barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Həmçinin ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 364 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 247-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.