Müstəqilliyimiz əbədidir

281

Naxçıvan Dövlət Tarix Muzeyində 18 Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə Tarix Muzeyinin direktoru Nizami Rəhimov, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya, Arxeologiya İnstitutunun əməkdaşı Kamran Möhbalıyev, Naxçıvan Universitetinin Ümumi tarix kafedrasının professoru, tarix elmləri doktoru Əziz Novruzlu çıxış edərək müstəqilliyimizin tarixi inkişaf yoluna nəzər salıblar. Bildirilib ki, qazandığımız dövlət müstəqilliyi süquta uğramaq təhlükəsi ilə üz-üzə qalanda, məhz ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq təhlükəsindən xilas olub. Ümummilli liderimizin polad iradəsi, qətiyyəti və siyasi səriştəsi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub.

Sonra muzeyin ekspozisiyasında Azərbaycan Respublikasının müstəqillik tarixindən bəhs edən sərgilərə baxış olub.

                                                            Nurlana Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: