Sosial könüllülər tənha ahılları ziyarət edib - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirliyin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə sosial könüllülərin Şahbuz rayonunda tənha ahılların evlərinə ziyarətləri təşkil olunub.
Könüllülər tənha ahıllara mövsümi hazırlıqlara uyğun geyim və ləvazimatlar təqdim edib, zəruri məişət avadanlıqlarının quraşdırılmasında köməklik göstəriblər.
Qeyd edək ki, muxtar respublikada qabiliyyətli yaxın qohumu ilə eyni yaşayış məntəqəsində yaşamayan və kənar şəxsin qulluğuna ehtiyacı olan tənha ahıllar müəyyənləşdirilərək sosial xidmətə qəbul olunur, onlara evlərində sosial məişət xidməti göstərilir.