Mərkəzi Bazarda təşkil olunan yarmarkaya 100 tondan artıq məhsul çıxarılıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil olunub. Yarmarkaya muxtar respublikamızın ayrı-ayrı rayonlarından 100 tondan artıq müxtəlif  yerli ərzaq və kənd təsərrüfatı məhsulları, o cümlədən 22 istehsal müəssisəsi və 300-ə yaxın ailə təsərrüfatçısı tərəfindən 265 çeşiddə, 47 növdə keyfiyyətli məhsullar çıxarılıb.

Yarmarkada bu gündən başlayaraq “Ləzzət Qida Sənaye MMC” tərəfindən məhsulların tanıdılması və satışının təşkili məqsədilə xüsusi yerlər də ayrılıb.

Bu gün, həmçinin Şərur rayonunda da kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib. Şərur şəhərində təşkil edilən yarmarkaya isə 78 çeşiddə 10 tona yaxın məhsul çıxarılıb.

Kənd təsərrüfatı və ərzaq məhsullarının çoxluq təşkil etdiyi bu yarmarkaların növbəti həftələrdə də davam etdirilməsi nəzərdə tutulur.

                                                  Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: