Yanvar-avqust ayları ərzində Azərbaycanda 82 min 783 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,4 təşkil edib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrin 2252-si əkiz, 75-i üçəm, dördü isə dördəmdir.
Səkkiz ay ərzində ölkədə 42 min 475 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib.