Ötən ay muxtar respublikada 135 müəllim işlə təmin olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sentyabr ayı ərzində dövlət qulluğu və müəllimlərin işə qəbulu sahəsində Komissiya tərəfindən təşkil olunmuş hazırlıq kurslarında, ümumilikdə 122 nəfər iştirak edib.

Müəllimlərin işə qəbulu üçün elan edilmiş müsabiqəyə 268 vakant vəzifə çıxarılıb. 186 vəzifənin tutulması üçün müraciət edən 746 namizəddən 714 nəfəri test imtahanlarında iştirak edib. Keçid balını toplayan 414 namizəddən  135-i  vakant vəzifələrə təyin edilib.

Dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqədə 35 nəfər müvafiq keçid balını toplaya bilib. Müsahibə mərhələsində iştirak etmək hüququ  qazanan 34 namizəddən 23-ü müvafiq keçid balını toplayaraq vakant vəzifələrə təyin olunub.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqədə 22 nəfər müvafiq keçid balını toplayıb. Həmçinin Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsində iştirak edən 6 nəfərdən 4-ü müvafiq keçid balını toplayaraq vakant vəzifələrə təyin olunub.

Ay ərzində ehtiyat kadrlarla işin təşkili də diqqətdə saxlanılaraq Komissiya tərəfindən ehtiyat kadrlar siyahısında olan 19 namizəddən 2-si işlə təmin olunub. Həmçinin 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 1 qərarı ləğv etdirilib, 5 dövlət orqanının 9 qərarı dəyişdirilib.  

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: