Erməni  dövlət siyasəti bütün istiqamətlərdə terrora xidmət edir

A- A A+

Ermənistanın dövlət siyasətinin bütün istiqamətlərdə terrora xidmət etdiyini, Cənubi Qafqaz və dünya üçün təhlükə mənbəyi olduğunu, ölkəmizin dinc əhalisinə qarşı həyata keçirdiyi vəhşiliklərlə  bir daha dünyaya əyani şəkildə bəyan etdi. 

Bütün beynəlxalq qanunları və razılaşmaları pozaraq Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş terror aktı və aşağıdakı fikirlər uzun illərdir ermənistanın terror qruplaşmaları tərəfindən  idarə edildiyini təsdiqləyir:

1.Bütün dünya dövlətlərinin, beynəlxalq qurumların  terrora qarşı qətiyyətli mövqe nümayiş etdirdiyi halda erməni terror dövlətinin bunların əksinə xidmət etməsi;

2.Cənubi Qafqaz regionunun inkişafına, sülhün təminatına yalnız və yalnız erməni terror dövlətinin mane olması;

3.Sülhün bərqərar olması istiqamətində Azərbaycanın həyata keçirdiyi dövlət siyasətinə faciə ve terror törətməsi;

4.Azərbaycan və türk xalqına qarşı terror, faciə, qırğın həyata keçirmək üçün 10-larla terror qruplaşmasını yaradaraq bu gündə bu qruplaşmaların fəaliyyətini dövlət siyasətində həyata keçirməsi;

5.“Armenakan”, “Hnçak”, “Daşnaksütyun”, “ ASOA”, “ ASALA”, “Geqaron”, “AOD”, “Erməni azadlıq cəbhəsi”, “Erməni soyqırım ədalət komandosları”, “Erməni birliyi”, “Gənc ermənilər ittifaqı”, “9 iyun qrupu”, “Demokratik cəbhə”, “İsveçrə qrupu”, “İntiharçılar eskadronu”, “Apostol” terror qruplaşmalarının Azərbaycan və Türkiyənin dinc, sülhsevər  əhalisinə qarşı misli görünməmiş cinayət əməllərinə sövq etməsi;

Bu gün dünyada 30-a qədər erməni terror təşkilatı müxtəlif ölkələrdə fəaliyyət göstərir. Ermənistan dövləti də məhz bu terror təşkilatlarının “fəaliyyətləri” nəticəsində dünya dövlətlərini, dövlət adamlarını təhdid edərək, qətl, terror aktları törətməklə və dəstəkləməklə ayaqda durur. Faktlardan aydın olur ki, Ermənistan dövləti terrorçuluğu, münasibətlərin müəyyənləşdirilməsində güc tətbiq edilməsini, qonşu dövlətlərin işlərinə qarışmaqda separatçı təşkilatların xidmətlərindən istifadəni rəsmi dövlət siyasəti səviyyəsinə yüksəldib. Həmçinin bu da açıq həqiqətdir ki, Ermənistan Respublikasının eks-prezidentləri Robert Koçaryan və Serj Sarkisyan başda olmaqla zorakılığın həyata keçirilməsi və Azərbaycan Respublikasının qanuni ərazilərinin qəsb edilməsi fonunda öz siyasi karyeralarını qurublar. Hazırkı baş nazir Nikol Paşinyan nəinki bu terror və işğala qarşı münasibət bildirib, əksinə, terroru ənənəvi dövlət siyasəti prizmasında çirkin əməlləri ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri, insanları yatdığı yerdə raket atəşinə tutmaqla ağır qətllərə, işğala, terrora haqq qazandırdı. 

Bu, bir daha göstərir ki, kriminal Ermənistan rəhbərliyi sülh istəmir, münaqişənin danışıqlar yolu ilə həll edilməsinə tərəfdar deyil. Bu hadisələr bir daha təsdiq edir ki, terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan region və sülh üçün böyük təhdiddir.
                                                                                                             

Arzu Abdullayev
tarixçi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: