Şərurda sonuncu tütün qırımı həyata keçilir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunun münbit torpaqları tütünçülük üçün çox əlverişlidir. Əvvəllər bu rayonun əksər kəndlərində tütünçülük ənənələri olub. Tütünçülüklə məşğul olanlar  100 tonlarla keyfiyyətli məhsul əldə ediblər. Yaxşı haldır ki, bölgədə müəyyən durğunluq dövründən sonra  tütünçülük ənənələri bu gün yenidən öz inkişafına qovuşub.

Bir çox ailə təsərrüfatçıları bu qiymətli bitkinin əkilib becərilməsinə üstünlük verirlər.

Əkinlər şırım üsulu ilə həyata keçirilib. Tütün yarpağının qurudulması üçün istixanalar da yaradılıb. Vegetasiya müddəti kimyəvi mübarizə tədbirləri aparılıb.  Hazırda sahələrdə sonuncu qırım həyata keçirilir. Əldə olunan məhsuldarlıq təsərrüfatçıları qane edir. Belə ki, indiyə kimi 6 tondan artıq quru tütün əldə olunub və qablaşdırılıb.

Mütəxəssislər bildirirlər ki, tütün bitkisinə aqrotexniki qaydalar əsasında qulluq göstərdikdə məhsuldarlıq da yüksəlir, iqtisadi səmərə əldə edilir.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: