Sədərəkdə taxılın məhsuldarlığı yüksəkdir

A- A A+

Sədərək rayonunun  sarı kəhrəba dənizini xatırladan taxıl sahələrində arpa və buğda biçini mütəşəkkil həyata keçirilir. Rayon İcra Hakimiyyətindən NUHÇIXAN-a verilən məlumata görə, taxıl əkini sahələrinin 1876 hektarında biçin işləri başa çatdırılıb və  6280 ton məhsul toplanıb. Ümumi olaraq hər hektara düşən məhsuldarlıq 33,4  sentner olub. 715 hektar arpa sahəsindən 2275 ton, 1161 hektar buğda əkilən sahələrdən isə 4005 ton məhsul götürülüb. Torpaq mülkiyyətçiləri bu mövsümdə lazımi texniki avadanlıqlarla, kombaynlarla təmin olunublar.

                                                                Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: