Ordubad və Culfa gəncləri hərbi xidmətə yola salınıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ordubad və Culfa rayonlarında çağırışçıların hərbi xidmətə yola salınması mərasimləri keçirilib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsində keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Sonra ordumuzun qazandığı nailiyyətlər və uğurlardan  söhbət açılıb. Tədbirə qatılanlar Vətənin keşiyində durmağa yollanan çağırışçılara uğurlar arzulayıblar.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsində keçirilən mərasimdə isə bildirilib ki, bu gün Azərbaycan Ordusu Cənubi Qafqaz regionunda maddi-texniki bazasına, hərbi potensialına, döyüş imkanlarına, kadr hazırlığına və digər hərbi göstəricilərinə görə ilk sırada dayanır. Bu gün də gənclər böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşür. Tədbir iştirakçıları  çağırışçılara layiqli əsgər olmağı və torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: