NUHÇIXAN xəbər verir ki, iyulun 14-ü saat 20:30-da Naxçıvan şəhərindəki Saat Meydanında konsert proqramı olacaq. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin "Naxçıvan İslam Mədəniyyətinin paytaxtı - 2018" devizi altında təşkil etdiyi konsertdə Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblı çıxış edəcək. Kollektivin repertuarına yeni mahnılar və maraqlı musiqi nömrələri daxil edilib. Həftə sonunda mənalı istirahəti etmək istəyən hər kəs- sakinlər və şəhərimizin qonaqlarıkonsert proqramını izləyə bilərlər.