"Zərif əllər" sərgisinə baxış olub - FOTOLAR
Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar olaraq Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “Zərif əllər” adlı sərgi təşkil edilib. NUHÇIXAN xəbər verir ki, sərgidə Naxçıvan şəhər, Bəbək, Ordubad, Culfa və Şahbuz rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələri işçilərinin və dərnək üzvlərinin hazırladığı 205 əl işi nümayiş olunub.
Qeyd edilib ki, muxtar respublikada xalq sənətinin və yaradıcılığının ağacişləmə, xalçaçılıq, papaqçılıq, toxuculuq, zərgərlik, dülgərlik və başqa qədim sahələri bu gün də yaşayır və gələcək nəsillərə ötürülür. Bugünkü sərgidə nümayiş olunan əl işləri də bütün busənət növlərini özündə əks etdirir.
Sonra sərgiyə baxış olub. İştirakçılar keçmişimizi özündə əks etdirən tarixi abidələrin rəsmləri, müxtəlif milli geyimlər, natürmortlar, mənzərə janrında çəkilən rəsmlərə baxıblar. Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar hazırlanan loqotip sərgidə diqqət çəkən əl işlərindən olub.
Mədinə Rəhimli