Şərurlu sahibkarlar torpaqlarımızın azad olunması münasibətilə əsgərlər qarşısında qurban kəsdi - FOTOLAR

A- A A+

Şərurlu fermerlərin əsgərlərimizə sovqatlar göndərməsi  xalq-ordu birliyinin növbəti nümunəsidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rayonun Danyeri kənd sakini Həbib Həbibbəyli əsgərlərimizə iki ədəd qurbanlıq qoç, 100 kiloqram üzüm, 250 kiloqram alma və 120 kiloqram nar göndərib. Sahibkar işğal altında olan Füzulinin azad olunması münasibətilə əsgərlər qarşısında qurban kəsib, qələbə sevincini hərbçilərimizlə birlikdə qeyd edib.

Rayonun kəndinin fermer və ailə təsərrüfatçıları da bu nəcib əmələ qoşularaq milli ordumuzun əsgərlərinə mənəvi dəstək olublar. Dərəkənd və Məmmədsabir kəndinin sakinləri əsgərlər üçün  meyvə və tərəvəz göndəriblər.

Sahibkarlar bunu özlərinin vətəndaşlıq borcu hesab etdiklərini və əsgərlərə hər zaman mənəvi dəstək olacaqlarını vurğulayıblar.

“Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan əsgərlərimizə xalqımızın da sovqat göndərməsi torpaqlarımızı göz bəbəyi kimi qoruyan sərhədçilərimizə mənəvi dəstəkdir”,-deyə rayon sahibkarları bildirib.          

                                                                                                       Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: