1990 – 2020-ci illərdə Mərkəzi Asiya ölkələrində temperatur orta hesabla 2 dərəcə artıb. Bu, sakinlər üçün kondisioner sisteminin xərclərinin illik artımına və zərərli maddələrin atmosferə atılmasının artmasına gətirib çıxarır.
NUHÇIXAN İnformasiya Agentliyi “ORİENT”ə istinadla xəbər verir ki, bu barədə dünən Aşqabadda keçirilən bölgə daxilində iqlim dəyişikliyi və COVID-19 pandemiyasına qarşı Orta Asiya konfransında bildirilib. Beş gün ərzində tədbir iştirakçıları həmkarlarını gələcək iqlim dəyişikliyinin qarşısının alınmasına yönəlmiş tədbirlər ilə tanış edəcək və bölgədəki iqlim siyasətinin formalaşdırılması prosesində həyata keçirilməsinin aktuallığını müzakirə edəcəklər.
Həm Birləşmiş Millətlər Təşkilatının, həm də Avropa İttifaqının nümayəndələri öz hesabatlarında son yeddi ildə şiddətli yağışların, sel və quraqlığın Mərkəzi Asiya (MA) ölkələrində kənd təsərrüfatında itkilərə səbəb olduğunu və bölgənin əkinçiliklə məşğul olan sakinlərinin həyatı üçün real təhlükə yaratdığını qeyd etdilər.
2020-ci ildə pandemiya səbəbindən zərərli tullantılar 2019-cu ilin məlumatlarına nisbətən 50 faiz azalsa da və “Yaşıl İnvestisiyalar” layihəsi çərçivəsində həyata keçirilən proqramlar son bir neçə ildə Mərkəzi Asiyada 2500 hektar pisləşmiş torpaqların məhsuldarlığını qaytarmağa imkan yaratsa da, əldə olunan nəticələr vəziyyəti qlobal səviyyədə yaxşılaşdırmaq üçün yetərli deyil.
Tədbirin bütün iştirakçıları su ehtiyatlarının çatışmazlığını Mərkəzi Asiyada əsas problem kimi göstərirlər. Təsadüfi deyil ki, bölgə ölkələrinin su yolları ilə vəziyyəti yaxşılaşdırmaq üçün regional tədbirlər Avropa İttifaqının Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətinin əsas vəzifəsidir.
Konfransın ilk gününün yekunlarına görə bütün iştirakçılar kollektiv intensiv işi davam etdirmək niyyətlərini təsdiqlədilər, bu işin nəticəsində isə Mərkəzi Asiya bölgəsindəki dövlətlərdə su resurslarına çıxış vəziyyəti yaxşılaşdırılacaq.