Naxçıvanda istilik sistemi olmayan müəssisələr mal-materiallarla təmin olunub

A- A A+

Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə Maliyyə nazirinin müavini Həsən İsmayılov muxtar respublikanın istilik sistemi olmayan müəssisələrinin sayı və onların tələbatının müəyyən edildiyini bildirib. Vurğulanıb ki, muxtar respublikada ardıcıl və sistemli aparılan tikinti quruculuq işləri nəticəsində az sayda müəssisə və təşkilatın qızdırılmasında maye qaz və neft məhsullarından istifadə olunur.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 20 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Təhsil, Səhiyyə və Mədəniyyət nazirliklərinin təklifləri nəzərə alınaraq istilik sistemi olmayan müəssisələrdə 2020-2021-ci illərin payız-qış mövsümü üçün tələb olunan yanacağın, mal-materialların bölgüsü təsdiq edilib, Maliyyə Nazirliyi tərəfindən mal-materialların alınması üçün lazımi vəsaitin ayrılması təmin olunub.

Sonra istilik sistemi olmayan müəssisələrə mal-materiallar paylanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: