NUHÇIXAN xəbər verir ki, bu gün saat 11:00 da Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçiriləcək.
Sessiyada 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi məsələləri müzakirə ediləcək.
Sessiyanın iclasında aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri də iştirak edəcəklər.