Ermənistanın Kürdəmirə atdığı ballistik raket yaşayış məntəqəsinin yaxınlığına düşüb - FOTOLAR

A- A A+

Oktyabrın 22-də səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib və cəbhə zonasından 150 kilometrdən çox uzaqda yerləşən Kürdəmir rayonuna “Skad” ballistik taktiki raketi atıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, böyük dağıdıcı gücə malik olan bu raketin yaşayış məntəqəsinə hədəflənməsi düşmənin əsl niyyətini göstərir. Raket düşdüyü ərazidə böyük çuxur yaradıb. Xoşbəxtlikdən xəsarət alan yoxdur.

Qeyd edək ki, Ermənistan silahlı birləşmələri oktyabrın 22-də Siyəzən və Qəbələyə də ballistik raket atıb. Raket zərbələri nəticəsində Qəbələ rayon sakini, 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyib.

Həmçinin düşmənin silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb. Lakin Ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: