Azərbaycan və Türkiyə bayraqları İğdırın Rağbət dağının zirvəsində ucaldılıb

A- A A+

İğdır və Qars bölgələrindən olan alpinistlər Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə Rağbət dağının zirvəsinə yürüş ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, alpinistlərin könüllü həyata keçirdiyi aksiya Azərbaycana mənəvi dəstək, Ermənistanın işğalçılıq siyasətinə və hərbi təxribatlarına etiraz məqsədilə təşkil olunub.

Aksiyada Qars Qafqaz Alpinistlik və İdman Klubu ilə İğdır Fotoqraf Mədəniyyət və Təbiət Klubunun doqquz üzvü iştirak edib.

Qeyd edək ki, İğdırın Tuzluca rayonunun Gazilər kəndində yerləşən Rağbət dağının hündürlüyü 2400 metrdir. Ermənistanın sərhədə yaxın bölgələrindən dağın zirvəsi aydın görünür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: