Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri gözlənilir

A- A A+

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu barədə Şərur rayonunda inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə keçirilən seminarda danışılıb.

Seminarda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı qanunvericiliyin tələblərindən danışan nazirliyin əməkdaşları bildirib ki, kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməli, nöqsanlara yol verilməməlidir.

Həmçinin qeyd edilib ki, valideynlər övladlarına ad seçərkən mənasına diqqət etməlidirlər. Ad seçimində çətinlik çəkən valideynlər “Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti”, eləcə də “Antroponimlər lüğəti”nə müraciət edə bilərlər. Bu çətinlikləri asanlaşdırmaq və aradan qaldırmaq məqsədilə vətəndaşlar Ədliyyə Nazirliyinin internet səhifəsinin “Azərbaycan adları barədə məlumat” elektron xidməti vasitəsilə adlarının mənşəyi, onların izahlı şərhi barədə məlumatlar əldə edə bilərlər.

Bundan əlavə, seminarda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, onların nikah yaşına çatmaları və tibbi müayinədən keçmələrinin vacibliyi də vurğulanıb.

Sonda iştirakçılara “İcra hakimiyyəti nümayəndəliklərinin apardığı qeydiyyat əməliyyatlarının əsas məqamları barədə” məlumat bukleti paylanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: