Heydər Əliyev xalqı və dövləti üçün xidmət göstərməyi ömrünün başlıca qayəsi hesab edib

A- A A+

Azərbaycan milli şüurunun böyük himayədarı, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyev xalqı və dövləti üçün xidmət göstərməyi ömrünün başlıca qayəsi hesab edib, Vətənə, xalqa, dövlətə sədaqətlə və yorulmaz xidmətin müstəsna nümunəsini yaradıb.

NUHÇIXAN xəbər verir ki, bu fikir Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 49-cu ildönümünə həsr olunmuş elmi-praktik konfransda səsləndirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən konfransda muzeyin direktoru, YAP Naxçıvan şəhər təşkilatının sədr müavini Ramil Orucəliyev “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda məruzə ilə çıxış edib. Ramil Orucəliyev Ulu Öndərin ölkəmizdə siyasi hakimiyyətdə olduğu dövrlərdəki fəaliyyətindən, Azərbaycanın beynəlxalq imicinin artırılması üçün göstərdiyi səylərdən, ölkədə həyatın bütün sahələrində inkişafın yaranması üçün atdığı addımlardan geniş söz açıb.

Konfransda YAP Naxçıvan şəhər təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev “Görkəmli dövlət xadimi Heydər Əliyev və Naxçıvan” mövzusunda çıxışında Ümummilli Liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdəki fəaliyyətindən, müstəqillik illərində dövlət başçısı kimi Naxçıvana səfərlərindən, Ulu Öndərin qədim diyarla bağlı həyata keçirdiyi işlərdən bəhs edib.

“Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda çıxış edən YAP Naxçıvan şəhər təşkilatı Gənclər Birliyinin üzvü Sima Bayramova qeyd edib ki, ölkəmizdə dövlət gənclər siyasətinin əsasını məhz ulu öndər Heydər Əliyev qoyub. Dahi siyasətçi Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə daim gənclərə böyük diqqət və qayğı göstərib, gənclərlə işi dövlətin prioritet vəzifələrindən hesab edib.

Sonra Ümummilli Liderin siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib, tədbir iştirakçıları muzeydəki eksponatlara baxıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: