Naxçıvanda məişət xidmət sahələrinin fəaliyyəti genişlənir - FOTOLAR

A- A A+

Naxçıvan şəhərində fəaliyyət göstərən Məişət Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətində xalçaların yuyulması, kimyəvi və quru təmizləmə,   eyni zamanda digər  sifarişlər yerinə yetirilir.

Cəmiyyətdən NUHÇIXAN-a verilən məlumata görə müəssisəyə yeni avadanlıqlar, keyfiyyətli yuyucu dərmanlar gətirilib. Burda çalışan mütəxəssislər xüsusi kurslar  keçib. Buna görə də müəssisədə xidmət  tələblərə tam cavab verir. Yeni alınan avadanlıqların köməyi ilə hər gün 150 xalça yumaq mümkündür.

Cəmiyyətmuxtar respublikanın bütün yaşayış məntəqələrindən sifariş qəbul edir. Müəssisəyə məxsus avtomobillər xalçaların yerlərdə  müştərilərdən alınması və yüksək səviyyədə təmizləndikdən  sonra onlara çatdırılmasını öz hesabına həyata keçirir.

Burada kimyəvi və quru təmizləmə də aparılır. Müəssisədə qəbul olunan təcili yuma sifarişləri 15-20 dəqiqəyə yerinə yetirilir.

Hafizə Əliyeva

 
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: