Məhkəmə simulyasiyası layihəsinin birinci mərhələsinin yekunu keçirilib - FOTOLAR

A- A A+

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, layihənin yekunu olaraq Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin məhkəmə zalında 2 qrupla bu istiqamətdə məhkəmə prosesi təşkil olunub. Məhkəmə simulyasiyası qanunla müəyyən edilmiş bütün prinsiplər nəzərə alınmaqla, xüsusən çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipləri əsasında keçirilib və sonda məhkəmə ittiham hökmünü elan edib. Proses zamanı hər iki qrup fəallıq göstərib, hüquqi biliklərini yüksək səviyyədə nümayiş etdiriblər.

Qeyd edək ki, layihə nazirliyin və Gənclər Fondunun birgə təşəbbüsü ilə keçirilib. Layihədə iştirak edən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının tələbələri üçün dörd təlim təşkil edilib. Keçirilən təlimlərdə tələbələrə iddia ərizəsi, etiraz, vəsatət verilməsi, qərardad, qətnamə və məhkəmənin digər yekun qərarlarının layihələrinin hazırlanması izah edilib, onların bu qərarların layihələrinin hazırlanmasında iştirakları təmin olunub. Həmçinin tələbələr təlimlərdə seçilən mövzular ətrafında məhkəmə prosesində tərəf kimi iştirak ediblər.  

Sonda layihədə fəal iştirak edən tələbələrə təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: