Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplantısı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə, idarə və müəssisələrinin kadrlar üzrə rəisləri ilə ötən altı ayın yekunlarına həsr olunmuş təlim-metodiki toplantı keçirilib.

Tədbirdən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.

Toplantıda çıxış edən Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatların davam etdirildiyini və kadr orqanlarının Azərbaycan Ordusunun mühüm xidmət sahələrindən biri olduğunu söyləyərək müdafiə naziri tərəfindən bu istiqamətə ciddi diqqət yetirildiyini xüsusi vurğulayıb.

Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov toplantıda çıxış edərək 2018-ci ilin birinci yarısında hərbi kadrların idarə edilməsi sahəsi üzrə görülən işlər və qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: