Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyadakı ikili standartları kəskin şəkildə qınayıb

228

Qafqazda öz torpaqlarını qoruyan azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün bizi qınadılar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyada keçirilən konfransında söyləyib. Dünyadakı ikili standartları kəskin şəkildə tənqid edən dövlət başçısı vurğulayıb ki, Türkiyəni öz yolundan heç kim döndərə bilməz.

Rəhbərlik etdiyi partiyanın ötən 19 ildə keçdiyi inkişaf yolundan danışan dövlət başçısı AKP Malatya Təşkilatının nailiyyətlərindən, Türkiyənin xarici siyasətinin istiqamətlərindən, çoxistiqamətli inkişaf strategiyasından və qazandığı uğurlardan danışıb.

Prezident Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, ölkəsinin müdafiə sənayesi sahəsindəki istehsal fəaliyyəti bundan sonra da uğurla davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: