Azərbaycan boksçuları Odesada beynəlxalq turnirdə çıxış edəcək

A- A A+

Azərbaycanın kişi boksçulardan ibarət yığma komandası Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnirə qatılacaq.

NUHÇIXAN xəbər verir ki, iyulun 16-da start götürəcək Semyon Trestinin xatirə turnirinə 5 boksçu qatılacaq.

A kateqoriyalı yarışda baş məşqçi Leonid Loivski Ruslan Rüstəmov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (81 kq), Rauf Rəhimov (91 kq) və Rahil Məmmədliyə (+91 kq) şans verəcək.

Qeyd edək ki, Azərbaycan yığması Odessaya bu axşam yollanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: