Baş Prokurorluq: Düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 297 nəfər, o cümlədən 32 uşaq yaralanıb

A- A A+

Ermənistan ordusunun oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb. Bundan başqa, şəhərdə mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Baş Prokurorluğun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, hazırkı vaxtadək mülki şəxslərdən 65 nəfər həlak olub. Onlardan 18-i qadın, 10-u uşaqdır. Eləcə də 297 nəfər, o cümlədən 69 qadın və 32 uşaq yaralanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: