İsrail Gəncəyə humanitar yardım edib

A- A A+

İsrail Ermənistan tərəfindən raket atəşlərinə məruz qalan Azərbaycanın ikinci böyük şəhəri Gəncə sakinlərinə humanitar və tibbi yardım edib.

NUHÇIXAN İnformasiya Agentliyinin "TASS"a istinadən verdiyi məlumata görə, İsrail Gəncəyə isidicilər, isti paltarlar, adyal, dərman və ilk yardım əşyaları göndərib.

Bundan əlavə, 24 oktyabr tarixində İsrailin tibbi ləvazimatlar yardımının ikinci partiyası Gəncəyə çatdırılıb. Bildirilir ki, ehtiyac olduğu halda İsrail tibbi avadanlıqlar da göndərməyə hazırdır.

Qeyd edilir ki, oktyabrın 23-də Yəhudi dövlətinin Azərbaycandakı səfiri Corc Dik Gəncəyə səfər edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: