Antarktidada ağcaqanadlar peyda olub

A- A A+

Antarktidanın populyar turizm ərazisi olan Kinq-Corc adasında ağcaqanadlar peyda olub.

NUHÇIXAN İnformasiya Agentliyi “nat-geo.ru” saytına istinadla xəbər verir ki, bu barədə Rusiya Antarktida Ekspedisiyasının rəhbəri Aleksandr Klepikov bildirib.

“Müxtəlif dövlətlərin, o cümlədən Rusiyanın Bellinsqauzen stansiyasının yerləşdiyi Kinq-Corcdakı yeddi stansiyanın ərazisində bir qədər əvvəl ağcaqanadlar peyda olub. Bu, insan faktoru, çoxsaylı turistlərin olması, həmçinin yumşaq iqlimin, yay aylarında temperaturun +3 °C, qış aylarında isə temperaturun -5 °C səviyyəsində olması ilə əlaqədardır”, - deyə Aleksandr Klepikov bildirib.

Elm adamlarının əvvəllər Antarktidada ağcaqanadları müşahidə etmədiyini söyləyən Klepikov, bunu onların qarşısında duran “qeyri-adi elmi-tətbiqi iş” adlandırıb. Milli Antarktika Proqramları İdarə Heyətinin təşəbbüsü ilə müvafiq tədqiqatlara start verilərək ağcaqanadlar üçün xüsusi tələlər hazırlanıb. Sözügedən tədqiqatların adadakı bütün stansiyalarda aparılacağı proqnozlaşdırılır.

Rusiyanın Bellinsqauzen stansiyasının ağcaqanadlardan zərər çəkdiyi bildirilir. Hazırda həmin stansiyada sanitariya tədbirləri görülür.

Antarktidada son zamanlara kimi adi ağcaqanadın (Culex pipiens) olmadığı yeganə qitə olub. Qeyd edək ki, qanadsız ağcaqanadlar (Chironomus plumos) Antarktida üçün endemik növ sayılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: