Ekstremal vəziyyətlərdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilinə dair təlim-treninq keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Diaqnostika Müalicə Mərkəzində keçirilən təlim-treninqdə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında igid Vətən övladlarının işğal altında olan torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizədən, böyük qələbəyə yaxınlaşdıran zəfərlərdən danışılıb.
Sonra güllə, qəlpə və mina partlayışları, kəllə-beyin travmaları, sınıqlar, qanaxmalar, yanğınlar zamanı ilkin tibbi yardım tədbirləri haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, hadisə yerində bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür.
Ekstremal vəziyyətlərdə mulyaj üzərində aparılan ilkin tibbi yardım qaydaları videogörüntülərlə müşayiət olunub. Qeyd edilib ki, belə bir vaxtda tibb işçiləri yaralı əsgərlərimizə, mülki vətəndaşlarımıza ilkin təcili və təxirəsalınmaz tibbi xidmət göstərməklə qələbəmizə öz töhfələrini verirlər.
Mədinə Rəhimli