Texniki Peşə və Sürücülük Məktəbində təhsil alan 50 müdavimə sertifikat verildi

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ilin ötən dövründə 418 müdavim kursu başa vuraraq sertifikat alıb. Daha 50 müdavimə sertifikatların verilməsi münasibətilə keçirilən tədbirdə  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Vüsal Abdullayev bildirib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət  Proqramı”nın icrası ilə əlaqədar rəqabətqabiliyyətli ixtisaslar üzrə peşə hazırlığının təşkili, peşə standartlarının tətbiqi və peşə seçiminə  köməklik məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində də bu məqamlara xüsusi diqqət yetirilir.

Bildirilib ki, Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəb Kompleksini 2010-cu ildən 20 mindən artıq müdavim bitirib. Bunun 1500-dən çoxu qadınlar olub. Hazırda 12 qrupda dərslər davam etdirilir. Yaxın günlərdə yeni  qrupların  da  açılması nəzərdə tutulub.

 

Hafizə Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: