Tələbələr Baytarlıq Xidmətində təcrübə keçiblər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində keçirilən təcrübədə Naxçıvan Dövlət Universitetinin Baytarlıq Təbabəti fakültəsinin tələbələri  iştirak edib.

Xidmətinin fəaliyyəti ilə tanış olan tələbələrə buradakı mumifikasiya, maket, cərrahi alət və tikiş formaları haqqında geniş məlumat verilib.

Həmçinin baytarlıq laboratoriyasında aparılan müayinələr əyani şəkildə göstərilib. Laboratoriyanın seriologiya bölməsində qan nümunələri, bakteorologiya bölməsində  patoloji materialların, parazitologiya bölməsində isə  müxtəlif təsərrüfatlardan gətirilmiş kal nümunələri helmintozlar və qan parazitar xəstəlikləri baxımından müayinə edilib.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: