Babək rayon sahibkarları əsgərlərə sovqat aparıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada xalq-ordu birliyinə nümunə olaraq Şəkərabad kəndinin sakinləri və sahibkarları tərəfindən aparılan sovqat rayon ərazisindəki hərbi hissəyə verilib. Əsgərlərlə görüşdə  qeyd olunub ki, xalqımız ordumuza daim dəstək göstərərək onların yanında olduğumuzu, bir yumruq kimi birləşdiyimizi hər kəsə nümayiş etdirir.

Hazırda Qarabağ uğrunda apardığımız Vətən müharibəsində ordumuz tərəfindən uğurlu əks hərbi əməliyyatlar davam etdirilir. Hər gün yeni yaşayış məntəqələri və yüksəkliklər igid oğullarımız tərəfindən azad olunur.

Sonra  gətirilən 125 kq ət, 570 kq kartof, 300 kq soğan və digər ərzaq məhsulları hərbi hissəyə təhvil verilib.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: