NDU-nun Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə növbəti görüş keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Komissiyanın əməkdaşlarının tələbələrlə görüşü baş tutub.

Görüşdə Komissiyanın əməkdaşı Türkan Gülməmmədli slaydlar vasitəsilə “Dövlət qulluğu sisteminin formalaşdırılması” mövzusunda çıxış edərək deyibdir ki, ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin keçirmiş olduğu islahatlar nəticəsində ictimai-siyasi sabitlik bərqərar edilib, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılıbdır. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda müasir standartlara cavab verən yüksək səviyyədə dövlət qulluğu sistemi mövcuddur.

Görüşün sonunda tələbələri maraqlandıran suallar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları tərəfindən cavablandırılıb.

Qeyd edək ki, tədbir “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə təşkil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: