Avokado qışda orqanizmi viruslardan qoruyur

226

Qışda gücləndirici maddələrin az olması səbəbindən orqanizm viruslara qarşı daha həssas olur. Qeyd edək ki, bu boşluğu avokado ilə doldurmaq daha faydalıdır.

NUHÇIXAN İnformasiya Agentliyi “MedikForum” saytına istinadla avokadonun tərkibinin D və E vitaminləri və omeqa yağları ilə zəngin olduğunu bildirir. Bu maddələr sağlamlığı inkişaf etdirmək və immun sisteminin aktiv funksiyalarını qorumaq üçün çox faydalıdır. Vitaminlər yağla daha yaxşı mənimsənildiyi üçün bir sıra meyvələrin yağla yeyilməsi tövsiyə olunur. Avokadonun tərkibində yağlı komponentlər olduğuna görə, onun faydalı birləşmələri orqanizm tərəfindən yaxşı həzm olunur.

Qışda tüğyan edən viruslara və infeksiyalara müqavimət göstərmək üçün faydalı maddələr orqanizmə çox vaxt kifayət etmir. Avokado bu boşluğu doldurmaq üçün ideal meyvə sayılır.

Mütəxəssis məsləhəti: meyvələr günün birinci yarısında yeyilməlidir. Məsələn, buterbrodlarda kərə yağı meyvələrlə əvəzlənməlidir. Avokadonun tərkibində yağlı komponentlər çox olduğuna görə qaraciyərdə problemi olan insanlar ondan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: