Egey bölgəsində baş vermiş zəlzələ nəticəsində İzmirdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur.
Azərbaycanın Türkiyədəki Səfirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, diplomatik nümayəndəliyimizdə yaradılan “Qaynar xətt” fasiləsiz olaraq fəaliyyət göstərməkdədir. Bundan başqa, diplomatlarımız mütəmadi olaraq İzmirdəki vətəndaşlarımız və yerli hakimiyyət orqanlarının təmsilçiləri ilə təmasdadırlar.