Bu il Babək rayonunda 59 yeni iş yeri yaradılıb

A- A A+

Babək Rayon Statistika İdarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2020-ci ilin yanvar-sentyabr aylarında rayonda 59 yeni iş yeri yaradılıb.  Bu ilin yanvar-avqust aylarında orta aylıq əməkhaqqının məbləği 489,1 manat təşkil edib ki, bu da 2019- cu ilin müvafiq dövründəki göstəricidən 12,6 faiz çoxdur.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası rayonda işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaradıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: