DİM-dən XƏBƏRDARLIQ: Müddət bu gün başa çatır

A- A A+

Ali təhsil müəssisələrinin V ixtisas qrupu və kolleclərin ( 9 və 11 iliik bazada) xüsusi qabiliyyət tələb edən ixtisaslarına elektron qeydiyyat bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə, 11 illik bazada kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanında ümumi balı 25-dən az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

9 illik bazada kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanından (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Ali təhsil müəssisələrinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları iyulun 23-dən avqustun 9-dək keçiriləcək. Ali təhsil müəssisələrinin I qrup xüsusi qabiliyyət tələb edən “Memarlıq” ixtisası üzrə qabiliyyət imtahanları iyulun 31-dən avqustun 2-dək keçiriləcək. Qeydiyyat 21- 24 iyul tarixlərində aparılacaq. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları isə iyulun 30-dan avqustun 3-dək keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: