Naxçıvan şəhərində və rayonlarda dezinfeksiya tədbirləri aparılıb - VİDEO
Muxtar respublikada infeksion və mövsümi xəstəliklərə, viruslara qarşı qabaqlayıcı genişmiqyaslı profilaktik tədbirlər görülür. Əhalinin sağlamlığının tam təmin olunması və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə dezinfeksiya tədbirləri Naxçıvan şəhərində, Babək, Şərur, Culfa, Ordubad, Şahbuz, Kəngərli və Sədərək rayonlarında aparılıb. Keçirilən dezinfeksiya tədbirləri çərçivəsində yaşayış məntəqələrindəki qəbiristanlıqlarda da anoloji tədbirlər görülüb.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının bununla bağlı hazırladığı videomaterialı təqdim edir: