Şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların xatirəsinə yeni bağlar salınıb - VİDEO

A- A A+

Ali Baş komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğal altında olan şəhər, qəsəbə və kəndlərimizi, bir sıra strateji əhəmiyyətli yüksəklikləri azad edib, üçrəngli bayrağımız qədim və əzəli Azərbaycan torpaqlarında yenidən qaldırılıb. Azərbaycan ordusunun düşmən təxribatının qarşısını almaq məqsədilə həyata keçirdiyi hərbi əməliyyatlarda Naxçıvan Muxtar Respublikasından olan igid oğullarımız da qəhrəmancasına mübarizə aparıb, müqəddəs amal, Vətənimizin, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərimizin hər birinin xatirəsinə əkilən ağacların yaşıl abidə kimi yaşaması məqsədilə muxtar respublikanın bütün bölgələrində iməciliklər keçirilib, yeni bağlar salınıb. Naxçıvan televiziyasının da əməkdaşları iməcilikdə iştirak edib və bununla bağlı videomaterial hazırlayıblar. NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: