NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, zavodun ətrafında toxumla aparılan bərpa işləri 7 hektara yaxın sahəni əhatə edib.
Əkin işlərini Şahbuz Rayon İcra Hakimiyyəti Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə aparıb. Həmçinin Şahbuz Dövlət Təbiət Qoruğunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabe olan təşkilatların və rayonda fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşları da bu işə qoşulub.
Əraziyə rayonun təbiətinə xas olan həmərsin, badamça, yemişan və yabanı alça toxumları əkilib.
Qeyd edək ki, payız mövsümündə Şahbuz rayon ərazisində 70 hektar sahədə toxumla bərpa işlərinin aparılması nəzərdə tutulub.
Novruz Məmmədov