Naxçıvan şəhidlərini son mənzilə yola salıb - VİDEO

A- A A+

Xalqımızın apardığı Vətən müharibəsində Naxçıvanın da igid övladları öz qanları bahasına üçrəngli bayrağımızı müqəddəs torpaqlarda dalğalandırırlar. Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz Naxçıvanda qarşılanaraq doğma torpaqda son mənzilə yola salınıblar.

Qəhrəman şəhidlərimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduqları şəhər və rayonlara aparılıb.

İbrahimov İbrahim Etibar oğlu, Zeynalov Elnur Elsevər oğlu, Seyidov Nihad Mehman oğlu Naxçıvan şəhərində, Əliyev Lətif  Oruc oğlu, Xəlilli Murad Vəli oğlu, Babayev Əli Həsən oğlu Şərur Şəhidlər Xiyabanında, Göydağlı Ramazan Əbülfət oğlu Culfa rayonunun Kırna kəndində, Xəlilli Namiq Həsən oğlu Ordubad rayonunun Aza kəndində, Abdullazadə Tağı İlham oğlu Sədərək rayonunda, Səfərov Qəşəm Taməddin oğlu Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində son mənzilə yola salınıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: