Noyabrın 4-də İmişlidə maqnitudası 4,2 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 21:51-də Saatlı stansiyasından 17 km şimal-qərbdə İmişli ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
Zəlzələ ocağı 52 kilometr dərinlikdə yerləşib.