DYP- nin xidməti avtomobillərinə müasir avadanlıqlar qoşulub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada yol hərəkəti iştirakçılarının rahatlığının təmin olunması məqsədilə Dövlət Yol Polisinin xidməti avtomobillərində yeni avadanlıqlar quraşdırılıb. Müasir texnoloji avadanlıqlarla təchiz olunan DYP–nin xidməti avtomobillərində xidmətin düzgün təşkili üçün şərait yaradılıb. Son günlərdə protokolların yazılması və ya digər zəruri işlərin qısa müddətdə görülməsi üçün xidməti avtomobillərdə quraşdırılan bort kompüterlərə printer də əlavə edilib. DYP əməkdaşı hər hansı bir qayda pozuntusu müşahidə etdikdə, sürücünün sənədlərinə baxış keçirdikdən sonra qısa zamanda yalnız sürücülük vəsiqəsinin seriya nömrəsini monitora daxil edərək bütün məlumatlara sahib  olur. Bundan  sonra operativ şəkildə protokol hazırlanır. Avtomobilə quraşdırılan printer vasitəsilə bütün məlumatların əks olunduğu protokol bir neçə saniyə ərzində polis əməkdaşı tərəfindən sürücüyə təqdim olunur. Yeni texnologiyaların tətbiqi həm DYP əməkdaşlarının, həm də sürücülərin rahatlığını təmin edəcək.

Yaqub İsayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: